22 sentyabr 2024 14:21
76

Dağıntılar altından iki azyaşlının cəsədi çıxarılıb

İtaliyanın Neapol əyalətinin Saviano şəhərində iki mərtəbəli bina təbii qazın partlayışı nəticəsində uçub.

“İki sahil” xəbər verir ki,  partlayış binanın ikinci mərtəbəsində baş verib. Əraziyə yanğınsöndürənlər və xilasetmə qrupları cəlb olunub. Tikilinin çökməsi nəticəsində 6 nəfər dağıntılar altında qalıb. Xilasetmə qrupları tərəfindən iki nəfər dağıntılar altından sağ çıxarılıb. Onlar xəstəxanaya çatdırılıb, birinin vəziyyəti ağırdır.

Dağıntılar altından iki azyaşlının cəsədi çıxarılıb. Hazırda iki nəfərin axtarışları davam edir.