22 sentyabr 2024 21:21
80

Nevşehir şəhəri yaxınlığında turistləri daşıyan avtobus aşıb

Türkiyənin mərkəzi hissəsində Nevşehir şəhəri yaxınlığında turistləri daşıyan avtobus aşıb, nəticədə 18 nəfər xəsarət alıb.

“İki sahil”in Sabah qəzetinə istinadən verdiyi məlumata görə, xəsarət alanların 15-i turistdir. Avtobus turistlər arasında məşhur olan Kapadokya bölgəsinin yaxınlığında yerləşən Nevşehirdən Antalya vilayətinin Alanya şəhərinə gedirmiş. İlkin məlumata görə, sürücü idarəetməni itirib və nəticədə qəza baş verib.

Yaralılar xəstəxanalara çatdırılıb.