22 sentyabr 2024 21:59
80

Borrell təcili atəşkəsə çağırıb

Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Josep Borrell Aİ-nin Livanda vəziyyətin pisləşməsindən narahat olduğunu və atəşkəsə çağırdığını deyib.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin xarici alaqələr üzrə Ali Nümayəndəsinin açıqlamasında bildirilib. "Avropa İttifaqı cümə günü Beyrutda ən azı üç uşağın ölümünə səbəb olan hücumlardan sonra Livanda vəziyyətin gərginləşməsindən və İsraillə "Hizbullah" arasında sərhədlərarası zorakılığın artmasından son dərəcə narahatdır", - deyə qeyd olunub. Borrel bildirib ki, bu gün həm İsraildə, həm də Livanda da böyük hücumlar qeydə alınıb: "Həm Mavi Xətt (İsrail-Livan sərhədi ), həm də Qəzza zolağında atəşkəsə təcili ehtiyac var".