23 sentyabr 2024 01:14
79

Akrobatlarımız dünya çempionatında 8-ci medalı qazanıblar

Akrobatika üzrə Azərbaycan yığması Portuqaliyada keçirilən dünya çempionatında 8-ci medala sahib çıxıb.

"İki sahil" İdman.biz-ə istinadən xəbər verir ki, kişilərdən ibarət qrup komandası bürüncə yiyələnib. Riyad Səfərov-Rəsul Seyidli-Seymur-Cəfərov və Abdulla Əl-Məşayxi ibarət heyət temp hərəkətlərində fəxri kürsüdə yer alıb.

Qeyd edək ki, ölkəmiz çempionatda 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.