23 sentyabr 2024 12:11
73

Nazir: Türkiyə Aİ ilə əməkdaşlığı gücləndirmək üçün bütün imkanlardan istifadə edəcək

Türkiyə Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı gücləndirmək üçün bütün imkanlardan istifadə edəcək.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada çıxışı zamanı deyib.

O bildirib ki, rəsmi Ankara buna hazırdır.

Nazir söyləyib ki, Aİ ilə nəqliyyat sahəsində əməkdaşlıq digər sahələrə də təsir edəcək.