23 sentyabr 2024 15:56
81

İran nüvə sazişi üzrə danışıqların yeni mərhələsinə başlamağa HAZIRDIR!

İranın Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində nüvə sazişi üzrə danışıqların yeni raunduna başlamağa hazırdır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Biz nüvə proqramı üzrə danışıqların yeni raunduna başlamağa sadiqik”, - deyə, nazir “Al Arabiya” kanalına bildirib.

Məlumatlarda qeyd edilir ki, ABŞ İranı Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmağa hazır olması barədə məlumatlandırıb.  İran sanksiyaların ləğvi şərti ilə ABŞ və Avropa ilə münasibətlərin normallaşmasının tərəfdarıdır.