23 sentyabr 2024 12:41
80

Türkiyənin Beynəlxalq Müdafiə Sənayesi Sərgisi “ADEX-2024”də təmsil olunacaq

Türkiyənin Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF) 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək “ADEX-2024” Beynəlxalq Müdafiə Sərgisində öz stendini təqdim edəcək.

"İki sahil” bu barədə İDEF-in “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

“Biz Qafqaz və Mərkəzi Asiyada müdafiə və təhlükəsizlik sahəsində ən böyük sərgilərdən biri olan “ADEX-2024” sərgisində öz stendimizi təqdim edəcəyik”, - paylaşımda bildirilib.