23 sentyabr 2024 13:13
77

Roma Papası səhhətindəki problem səbəbindən bütün görüşlərini ləğv edib

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk səhhətindəki problemlə əlaqədar olaraq bütün görüşlərini ləğv edib.

“İki sahil” xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yüngül qrip vəziyyətinə görə və qarşıdakı günlərdə səyahətləri nəzərə alınmaqla, Papa Fransiskin bu günə planlaşdırılan ayini ləğv olunub.

Qeyd edək ki, sentyabrın 26-29-da Roma Papasının Lüksemburq və Belçikaya apostol səfəri planlaşdırılır.