23 sentyabr 2024 13:58
79

Ümid edirik ki, FİDE-də qüvvələr balansı dəyişəcək - Peskov

Rəsmi Moskva Rusiya şahmatçılarına qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün səylərini davam etdirəcək.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Şahmat federasiyamız fəaliyyətini davam etdirəcək ki, sonda bütün sanksiyalar götürülsün. Ümid edirik ki, bu iş zamanla öz nəticəsini verəcək və konkret halda FİDE-də qüvvələr balansı dəyişəcək”, - deyə, Peskov bildirib.

Xatırladaq ki, FİDE 2022-ci ilin fevralında Rusiya və Belarus idmançılarına neytral statusda beynəlxalq yarışlarda iştirak etməyə icazə verib. Daha sonra təşkilatın şurası iki ölkənin milli komandalarının nümayəndələrinə onun himayəsi altında keçirilən yarışlarda iştirakını qadağan edib.

Sentyabrın 22-də FİDE Rusiyadan olan şahmatçılara qoyulan məhdudiyyətləri qüvvədə saxlayıb.