23 sentyabr 2024 23:24
81

Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettellə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

Tərəflər iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

C.Bayramov Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət və regiondakı reallıqlar, o cümlədən Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin hazırkı vəziyyəti barədə də məlumat verib.