24 sentyabr 2024 08:56
84

Ukraynada 25 yaşına qədər fiziki cəhətdən məhdud olanların səfərbər edilməsi dayandırılıb

Ukraynada 18-25 yaş arası fiziki imkanları məhdud kişilərin səfərbər edilməsi dayandırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə deputat Aleksey Qonçarenko teleqram kanalında yazıb. “18 yaşdan 25 yaşa qədər fiziki imkanları məhdud olanların hərbi xidmətə çağırışı dayandırılıb. Çağırış yalnız yazılı razılıq əsasında mümkündür”, – deyə Qonçarenko bildirib.