24 sentyabr 2024 11:10
72

Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib

2024-cü ilin avqust ayında ailə başçısını itirməyə görə 191 176 nəfərə pensiya və müavinət ödənilib.

Bu barədə "İki sahil"ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onlardan 136 873 nəfəri pensiya, 54 303 nəfəri isə müavinət alıb.