24 sentyabr 2024 12:41
74

"Tottenhem" - "Qarabağ" oyununu fransalı hakim idarə edəcək

İngiltərədə yerli "Tottenhem" və "Qarabağ" komandaları arasında keçiriləcək Avropa Liqasının Liqa mərhələsinin I tur oyununu fransalı hakim idarə edəcək.

"İki sahil" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma FIFA referisi Villi Delajoda tapşırılıb.

Ona Ervan Finjean və Filip Jeanne köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək. VARda Benoit Millot, AVAR-da Alan Kijas əyləşəcək.

Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı saat 23:00-da start götürəcək.