24 sentyabr 2024 17:58
91

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində əsas debatlar başlayıb

Bu gün BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində əsas debatlar başlayıb.

“İki sahil” xəbər verir ki, builki debatlar “Heç kəsi geridə qoymamaq: İndiki və gələcək nəsillər üçün sülh, dayanıqlı inkişaf və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda təşkil olunub. Yüksəksəviyyəli müzakirələr Baş Assambleyanın Prezidenti Filemon Yanqın və BMT Baş Katibi Antonio Quterreşin açılış nitqi ilə başlayıb. Daha sonra Braziliya, ABŞ və Türkiyə prezidentləri çıxış edəcək. Bu, Cozef Baydenin Prezident kimi BMT-də sonuncu çıxışı olacaq.

Azərbaycanı əsas debatlarda xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Onun çıxışı sentyabrın 28-nə nəzərdə tutulub.

Debatlar sentyabrın 30-da yekunlaşacaq.