25 sentyabr 2024 09:27
89

Akayevin eks-prezident statusunun bərpası ilə bağlı müraciəti rədd edilib

Qırğızıstan parlamenti ölkənin keçmiş prezidenti Əsgər Akayevin eks-prezident statusunun bərpası ilə bağlı müraciətini rədd edib.

“İki sahil” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bu qərarın lehinə 71 deputat, əleyhinə 2 deputat səs verib. Ə.Akayev Qırğızıstanın ilk prezidentidir və bu vəzifəni ardıcıl üç müddət icra edib.