25 sentyabr 2024 10:18
92

Yalçın Rəfiyev Dünya Bankı ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

COP29-un nümayəndə heyəti və baş danışıqçısı Yalçın Rəfiyev Dünya Bankının nümayəndələri ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki,  bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.Görüş zamanı qarşıdakı tədbirlərdə ikitərəfli əməkdaşlığı müzakirə olunub.

“Tərəflər İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin bakıda keçirilən iclasında Fondun tam fəaliyyətini təmin etmək üçün qəbul edilmiş mühüm qərarları vurğulayıblar”, - paylaşımda qeyd edilib.