25 sentyabr 2024 10:22
76

Bakıda Beynəlxalq Kiberdiplomatiya Konfransı keçirilir

Bakıda Beynəlxalq Kiberdiplomatiya Konfransı işə başlayıb.

“İki sahil” xəbər verir ki, tədbirin açılışında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev ölkəmizin bu konfransa ev sahibliyi etməsini Azərbaycanın qlobal aləmdə artan nüfuzu ilə izah edib.

Onun sözlərinə görə, bu tədbir Azərbaycanın xüsusilə informasiya təhlükəsizliyində və sürətlə inkişaf edən kiberdiplomatiya sahəsində nüfuzunun artmasını göstərir: "Konfransın əsas məqsədlərindən biri kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığı daha da dərinləşdirməkdir. İnanırıq ki, kiber təhdidlərlə mübarizə aparmaq rəqəmsal infrastruktueu möhkəmləndirmək, rəqəmsal sahədə fərdlərin hüquq şəxsi məlumatlarının qorunması üçün birgə səmərəli həll yolları tapa bilərik", - deyə o qeyd edib.