25 sentyabr 2024 14:37
78

Sərhədi pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb

İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları 2002-ci il təvəllüdlü Mədəvi Muhəmmədxəlil Cavad, 2003-cü il təvəllüdlü Məhəmmədi Əlirza Məhəmmədhəsən, 2004-cü il təvəllüdlü Rzayi Əzizulla Məhəmmədalim və 2006-cı il təvəllüdlü Məhəmmədi Mehdi Zaher saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.