Azərbaycan səhiyyə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələrində prioritetlərin təşviqində Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) dəstəyinə arxalana bilər.
“İki sahil” xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi “X” sosial şəbəkəsindəki səhifəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünü şərh edərkən yazıb.
“Biz 2024-2029-cu illər üzrə texniki əməkdaşlıq sahəsində Çərçivə Proqramı imzaladıq. Azərbaycan səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və bir çox digər sahələrdə prioritetlərin təşviqində AEBA-nın dəstəyinə arxalana bilər. COP29-da birgə işi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - R.Qrossi qeyd edib.