25 sentyabr 2024 17:13
78

Türkiyədə ağır yol qəzası olub, üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyənin İzmir vilayətində üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

"İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Konya rayonunda qeydə alınıb.

Belə ki, minik maşını altı metr hündürlükdən keçidə aşıb.

Hadisə nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin ağır olduğu bildirilir.