25 sentyabr 2024 22:21
85

Ceyhun Bayramov finlandiyalı həmkarı ilə siyasi, iqtisadi və humanitar məsələləri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində finlandiyalı həmkarı Elina Valtonen ilə siyasi, iqtisadi və humanitar məsələləri ətrafında fikir mübadiləsi aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat xidməti sosial şəbəkədə bildirib.