26 sentyabr 2024 11:00
759

Bəxtiyar Məmmədov Naxçıvan Ali Məclisinin sədrinin birinci müavini seçildi

Bu gün yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.

“İki sahil” xəbər verir ki, sessiyada deputat Bəxtiyar Məmmədov Ali Məclis sədrinin birinci müavini seçilib.

Qeyd edək ki, Ali Məclisə seçilən deputatlar sessiyadan öncə ilk olaraq Naxçıvan şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.