27 sentyabr 2024 12:41
87

Böyük Britaniya səfirindən Anım günü ilə bağlı paylaşım

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld 27 Sentyabr - Anım günü ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, bu barədə səfir "X" sosial media hesabında qeyd edib.

"27 Sentyabr - Anım Günündə müharibədə həyatını itirənləri hörmətlə anırıq. Regiona tezliklə sülh və əmin-amanlığın gəlməsini diləyirik", - deyə paylaşımda bildirilib.