30 sentyabr 2024 01:47
101

Bayden Netanyahu ilə danışıqlar aparmaq niyyətindədir

ABŞ prezidenti Cozef Bayden Livanda vəziyyətin gərginləşməsi fonunda İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparmaq niyyətində olduğunu bildirib.

Bu barədə “İki sahil” “TASS”a istinadən xəbər verir. Qeyd olunub ki, Amerika administrasiyasının rəhbəri jurnalistlərin Livanla bağlı suallarına cavab olaraq bildirib ki, o, Netanyahu ilə danışacaq və bu baş verdikdə mətbuata məlumat verəcək.

Cozef Bayden, həmçinin Livanda genişmiqyaslı müharibənin qarşısının alınmasının vacibliyini bəyan edib.