30 sentyabr 2024 11:56
78

QHT sədri: Bu gün milli dəyərləri, ailə dəyərlərini təhdid edən amillər var

Bu gün milli dəyərləri, ailə dəyərlərini təhdid edən amillər var.

“İki sahil” xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov sentyabrın 30-da Bakıda "Vətəndaş cəmiyyəti milli-mənəvi dəyərlərə yönəlmiş ideoloji hücumlara qarşı" mübarizə mövzusunda keçirilən dəyirmi masa çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, belə meyillərin bir çoxu qlobal trendlərlə bağlıdır: "Biz milli dəyərlərimizin aşınmasına yol verməməli, belə meyillərə qarşı mübarizə aparmalıyıq".

S.Məmmədov bildirib ki, milli-mənəvi dəyərlərin qorunması dövlətin əsas prioritetlərindəndir.