30 sentyabr 2024 14:01
83

Peskovdan Vuçiçə CAVAB

Rusiya hakimiyyəti hesab edir ki, Ukraynada keçirilən xüsusi hərbi əməliyyat ilkin olaraq qarşıya qoyulan məqsədlərə çatmaqla yekunlaşmalıdır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Serbiya lideri Aleksandr Vuçiçin Ukraynada münaqişənin uzana biləcəyi ilə bağlı sözlərini şərh edərkən deyib.

Peskov qeyd edib ki, təcrübəli siyasətçilərin Ukraynadakı münaqişə ilə bağlı öz fikirləri ola bilər.

“Xüsusi hərbi əməliyyat qarşıya qoyulan bütün məqsədlərə nail olmaq ilə başa çatmalıdır”, - deyə Peskov Rusiya rəhbərliyinin mövqeyini açıqlayıb.

Xatırladaq ki, Vuçiç bildirib ki, Ukraynadakı münaqişə onilliklər davam edə bilər.