30 sentyabr 2024 15:18
92

Niyə sağ partiyalar Aİ seçkilərində öndədir?

Avstriyada keçirilən parlament seçkilərində sağçı Avstriya Azadlıq Partiyası (FPO) qalib gəlib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, hazırkı kansler Karl Nehammerin rəhbərlik etdiyi Xalq Partiyası (OVP) isə ikinci yeri tutub.

Politoloqlar bu nəticəni tarixi adlandırırlar. Noyabrın 3-də elan ediləcək yekun hesablamada FPO-nun üstünlüyü təsdiqlənərsə, bu, İkinci Dünya Müharibəsindən sonra ölkədə ifrat sağçıların ilk böyük qələbəsi olacaq.

“Washington Post” qeyd edir ki, bu nəticə ümumavropa əhval-ruhiyyəsinin dəyişməsinə işarədir – Aİ-nin bir neçə ölkəsində bir anda hakimiyyətə ifrat sağçı qüvvələr gəlib. Yeni liderlər hansı fikirlərə sahibdirlər?

İlkin məlumatlara əsasən, keçmiş daxili işlər naziri Herbert Kiklin rəhbərlik etdiyi Azadlıq Partiyası 29% səs toplayıb. Karl Nehammerin Xalq Partiyası isə demək olar ki, 3% azdır. “Financial Times” yazır ki, 1940-cı illərdən bəri ilk dəfə kansler postunu ifrat sağçı baxışların tərəfdarı tuta bilər. Nəşr qeyd edir ki, Kikl özünün seçki kampaniyasında özünü “xalqın kansleri” adlandırıb.  Bu termin ən çox Hitlerlə əlaqələndirilir.

“The Washington Post” qeyd edir ki, Xalq Partiyası hökumətə rəhbərlik edərsə, Avstriya da Macarıstan, İtaliya və Hollandiyaya kimi Nazirlər Kabinetinə də ifrat sağçı qüvvələrin nəzarət etdiyi Aİ ölkələrinə qoşulacaq. Qonşu Almaniyada da vəziyyət oxşardır: “Almaniya üçün Alternativ” partiyası bəzi ərazilərdə ilk dəfə seçkilərdə qalib gəlib. Nəşr izah edir ki, Herbert Kickl ikinci Viktor Orban ola və macar modelini təbliğ edə bilər. Bunlar anti-Rusiya sanksiyalarına qarşı çıxan və Ukraynadakı müharibənin Avropa elitasının layihəsi olduğuna inanan avroskeptiklərdir. Avstriyalılar isə inflyasiya və yüksək enerji qiymətləri səbəbindən qurban kimi mövqe tuturlar.

Reuters bildirir ki, ifrat sağçılar parlamentdəki 183 yerdən yalnız 58-nə sahib olacaqlar. Mühafizəkarlar 52, Sosial Demokratlar isə 41 yer qazanacaq.