30 sentyabr 2024 16:17
88

Darvinin nəzəriyyəsi məktəb proqramından çıxarıla bilərmi? - Patriarx Kirilldən AÇIQLAMA

Patriarx Kirill təkamülün Allahın planı ilə ziddiyyət təşkil etmədiyini, buna görə də Çarlz Darvinin nəzəriyyəsini din əleyhinə mübahisələrdə amil hesab etmədiyini bildirib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Rus Pravoslav Kilsəsinin rəhbərinin dediyinə görə, alim çox dindar insan olub.

“Tanrı heyrətamiz bir kainat yaratdı, bizə inkişaf etmək qabiliyyətini verdi. Bəzən deyirdilər ki, təkamül Allahın düşüncəsinə ziddir. Bu inanılmaz İlahi plana dəlalət edir ki, insan təkbaşına, xarici amillərə arxalanaraq, təkamül nəticəsində baş vermiş şəkildə inkişaf edə bilər”, - deyə, patriarx bildirib.

Qeyd edək ki, Keçən həftə Çeçenistan hökumətinin keçmiş sədri Müslüm Xuçiyev Darvinin nəzəriyyəsi ilə bağlı bölmənin məktəb proqramından çıxarılmasını təklif edib. Onun fikrincə, alimin fikirləri dinə və təhsilin əsaslarına zidd olduğu üçün səhvdir. Regional hökumətin keçmiş rəhbərinin təşəbbüsü Rusiya Təhsil Nazirliyinin rəhbəri Sergey Kravtsova göndərilib.

Bir çoxları isə məktəblərdə təkamül nəzəriyyəsinin tədrisinə qadağa qoyulmasına qarşı çıxıb.