30 sentyabr 2024 17:46
99

Orban “sülh sammiti” ilə bağlı razılığa gəlməyə çalışır

Macarıstanın baş naziri Viktor Orban Çin-Braziliya sülh təşəbbüsü əsasında Rusiya və Ukrayna arasında danışıqların yeri barədə razılığa gəlmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə “Die Weltwoche” nəşri məlumat yayıb.

Orbanın sülh danışıqlarını başa çatdırmaqda “qətiyyətli” olduğu vurğulanır.

“Orbanın “Sülh Dostları” planı ümumilikdə 15 ölkənin dəstəyini qazanıb. Hazırda “sülh sammiti”nin yeri ilə bağlı danışıqlar aparılır. Burada Macarıstan, Çin və Braziliya ilə yanaşı, Fransa və İsveçrə də iştirak edəcək”, - deyə, materialda deyilir.

Nəşrin məlumatına görə, Macarıstanın baş naziri Çin və Braziliya ilə intensiv danışıqlar aparıb. Eyni zamanda, nəşrin müəllifləri iddia edirlər ki, Macarıstan və Braziliya arasındakı çətin münasibətlərə görə Budapeşt “arxa plana keçməyə” hazırdır.