01 oktyabr 2024 15:39
93

La Liqada sentyabr ayının ən yaxşı baş məşqçisi bəlli olub

İspaniyanın "Atletik" (Bilbao) klubunun baş məşqçisi Ernesto Valverde sentyabr ayı üçün La Liqada ən yaxşı baş məşqçi seçilib.

“İki sahil” xəbər verir ki, 60 yaşlı mütəxəssislə yanaşı, Hans-Diter Flik (“Barselona”) və Karlo Ançelotti (“Real" Madrid) bu ad uğrunda mübarizə aparıb.

Qeyd edək ki, "Atletik" ötən ay “Las Palmas” (3:2), “Leqanes” (2:0) və “Selta”ya (3:1) qalib gəlib, “Sevilya” ilə də heç-heçə edib (1:1). Komanda 14 xalla turnir cədvəlində 5-ci sırada qərarlaşıb.