01 oktyabr 2024 17:57
97

Buffon ikinci dəfə evləndi - FOTO

İtaliya millisinin və "Yuventus"un əfsanəvi qapıçısı Canluici Buffon ikinci dəfə ailə həyatı qurub.

“İki sahil” xəbər verir ki, 46 yaşlı keçmiş futbolçu televiziya aparıcısı və şərhçisi 51 yaşlı İlaria Damiko ilə ailə evlənib. 

Toyda keçmiş futbolçulardan Andrea Barzaqli, Corcio Kyellini və Leonardo Bonuççi iştirak edib. Qonaqlar arasında Damikanın yaxınlarından məşhur aktisa Monika Belluççi də olub.

10 ildir birlikdə olan cütlüyün bir övladı var.  

Qeyd edək ki, Canluici Buffon bundan öncə çex model Alena Seredova ilə 8 il evli olub.