01 oktyabr 2024 16:17
92

PFL rəsmisi UEFA tərəfindən təyinat alıb

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

“İki sahil” xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsinin III turu çərçivəsində oktyabrın 11-də keçiriləcək Çexiya – Albaniya oyununun UEFA nümayəndəsi olacaq.

B Liqasının I qrupunun qarşılaşması Praqa şəhərində yerləşən “Etep Arena”da keçiriləcək.