01 oktyabr 2024 18:30
98

Şimşək çaxır, yağış yağır

Oktyabrın 1-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

“İki sahil” xəbər verir ki,  Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, oktyabrın 1-i saat 18:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi Daşkəsən, Gədəbəy, Naftalan, Goranboy, Şəki, Ağdam, Göygöl, Bərdə, Tərtər, Qazax, Ağstafa, Tovuz, Gəncə, Şəmkirdə şimşək çaxır, arabir leysan xarakterli intensiv yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 29, Aran rayonlarında 26, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.