01 oktyabr 2024 18:35
108

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Oktyabrın 3-ü saat 10:00-dan 00:00-a qədər Bakının Xətai, Səbail, Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

“İki sahil”  bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadla xəbər verir.

Məlumata görə, 00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək.

Suyun verilməsində fasilə xətlərdə aparılacaq təmir işləri ilə əlaqədardır.