“Neftçi” Rusiyanın MOİK və "Ural" klublarının sabiq baş məşqçisi Viktor Qonçarenko ilə danışıqlar aparıb.
"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, paytaxt təmsilçisi 47 yaşlı mütəxəssisə təklif göndərsə də, o, komandanın sükanı arxasına keçməkdən imtina edib. “Neftçi” ilə yanaşı, Rusiyanın “Pari Nijni Novqorod” klubunun da belaruslu çalışdırıcının xidmətində maraqlı olduğu bildirilib.
Qeyd edək ki, Viktor Qonçarenko MOİK-lə iki dəfə (2016/2017, 2017/2018) Rusiya çempionatında gümüş medal qazanıb, 2018-ci ildə isə ölkə Superkubokunun qalibi olub.
"Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib VİDEO
"Neftçi" bəyanat yayıb: "Bir çox hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib"
Ülvi Məmmədov karate üzrə keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək