05 oktyabr 2024 18:52
105

Slovakiya Livandan onlarla vətəndaşını, eləcə də digər doqquz dövlətin sakinlərini təxliyə edib

Slovakiya öz vətəndaşlarını qısa müddətdə Livandan Kiprə daşımaqla ölkə tarixində ən böyük təxliyə əməliyyatını həyata keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Slovakiya Livandan Larnakaya bir neçə evakuasiya uçuşu təşkil edib.

Onlar ölkənin onlarla vətəndaşını, eləcə də digər doqquz dövlətin sakinlərini təxliyə ediblər. Təxliyə uçuşlarının təşkilinə Slovakiyanın Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi cəlb olunub.