05 oktyabr 2024 20:25
91

Konqoda 31 minə yaxın “mpox”a yoluxma hadisəsi və bu virusla bağlı 988 ölüm hadisəsi baş verib

Konqo Demokratik Respublikasında (KDR) bu il “mpox” (meymunçiçəyi) xəstəliyinə yoluxma hallarının sayı 30 mini keçib, minə yaxın insan ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Roje Kamba bildirib. “2024-cü ilin əvvəlindən bəri Konqo DR-də 31 minə yaxın “mpox”a yoluxma hadisəsi və bu virusla bağlı 988 ölüm hadisəsi baş verib”, - o deyib.

Nazir əlavə edib ki, ölənlərin 70%-i beş yaşa qədər olan uşaqlardır: “Ölkənin 26 əyalətinin hamısında mpox xəstəliyinə yoluxma halları müəyyən edilib. Konqo hökumətinin planlarına görə, 5 milyona qədər insan peyvənd olunacaq”.