06 oktyabr 2024 13:03
95

İstanbulda İŞİD əməliyyatı: Bomba hazırlayan şəxs tutuldu

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbə Müdirliyi tərəfindən İŞİD terror təşkilatının fəaliyyətinin üzə çıxarılması üçün əməliyyat təşkil edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Əməliyyat zamanı saxlanılan R.H.-nin terror təşkilatında bombaların hazırlanması ilə məşğul olduğu müəyyən edilib. Ədliyyə orqanları tərəfindən həbs edilən R.H. həbsxanaya göndərilib.

Cinayətkarın 34 yaşı olduğu bildirilir.