06 oktyabr 2024 13:23
97

Çin KXDR ilə strateji koordinasiyanı gücləndirməyə hazır olduğunu açıqlayıb

Pekin Pxenyanla strateji əməkdaşlığı və dostluq mübadiləsini dərinləşdirməyə hazır olduğunu bildirir.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin Şimali Koreya (KXDR) lideri Kim Çen Inə Çin ilə KXDR arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümü münasibətilə teleqramda bildirib.

"Çin KXDR ilə birgə strateji əməkdaşlıq və koordinasiyanı gücləndirmək, dostluq mübadiləsi və əməkdaşlığı dərinləşdirmyə <...> hazırdır", - deyə bildirilib.

Si Cinpin qeyd edib ki, Pekin Pxenyanla birlikdə “iki ölkənin xalqlarının rifahı naminə sosialist işinin davamlı və uzunmüddətli inkişafını təşviq etməyə” hazırdır.