06 oktyabr 2024 13:57
96

İranda sənaye parkında yanğın baş verib, ölən və yaralanan var

Bu gün İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Xəzra sənaye parkında kauçuk qablar zavodunda yanğın baş verməsi nəticəsində 1 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bunu İranın Kirman vilayəti Tibb Elmləri Universitetinin təcili yardım mərkəzinin müdiri Məhəmməd Saberi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, baş verən yanğın nəticəsində 12 nəfər yaralanıb. Yaralılar tibb mərkəzlərinə çatdırılıblar.

Zavodda yanğının birdəfəlik qabların alışması nəticəsində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparırlar.