06 oktyabr 2024 20:00
102

“Expo 2027” sərgisinin loqosu olan təyyarə təqdim edilib

Serbiyanın paytaxtı Belqradın ev sahibliyi edəcəyi “Expo 2027” ixtisaslaşdırılmış sərgisinin loqosunu və nişanlarını üzərində daşıyan yeni təyyarə təqdim olunub.

“İki sahil” xəbər verir ki,  Nikola Tesla adına Beynəlxalq Hava Limanında keçirilən mərasimdə Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali “Air Serbia” aviaşirkətinin yeni 262 yerlik “Airbus A330-200” təyyarəsinin Nyu-York, Çikaqo, eləcə də Çinin şəhərlərinə uçuşlar həyata keçirəcəyini qeyd edib. “Air Serbia”nın regionda ən sürətlə inkişaf edən hava yolu şirkəti olduğu, ilin sonuna qədər daha üç yeni təyyarə alacağı və donanmasında 29 təyyarə olacağı bildirilib.

Qeyd edək ki, 2027-ci il mayın 15-dən avqustun 15-dək Belqradda “Expo 2027” ixtisaslaşdırılmış sərgisi keçiriləcək.