06 oktyabr 2024 22:00
82

İsrail ölkəsinin üç bölgəsini qapalı zona elan edib

İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin şimalındakı Manara, İftah və Malkiya bölgələrini qapalı hərbi zona elan edib.

“İki sahil” xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, müvafiq qərar mövcud vəziyyətin qiymətləndirilməsindən sonra qəbul edilib. "Bu ərazilərə giriş qadağandır", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.