06 oktyabr 2024 22:05
86

Qazaxıstanda AES tikintisi ilə bağlı səsvermənin ilkin məlumatları açıqlanıb

Qazaxıstan Respublikasının Mərkəzi Referendum Komissiyası ölkədə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı səsvermədə vətəndaşların iştirakı barədə ilkin məlumatları açıqlayıb.

"İki sahil" Komissiyanın verdiyi məlumata istinadla xəbər verir ki, saat 20:00-dək referendumda 7 820 918 nəfər iştirak edib. Qeyd olunub ki, bu rəqəm seçicilərin ümumi sayının 63,87 faizini təşkil edir. Yerli vaxtla saat 20:00-da səsvermə məntəqələri bağlanıb. Səhər saatlarından etibarən səsvermə üçün 10 mindən çox məntəqə açılıb. Seçici siyahılarına 12 milyondan çox vətəndaş daxil edilib. Səsvermə prosesini 30 ölkədən 177 beynəlxalq müşahidəçi, həmçinin dörd əsas beynəlxalq təşkilatın: Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin müşahidə missiyaları izləyib. Bundan əlavə, referendumun gedişini 37 ölkədən 200 xarici media nümayəndəsi işıqlandırıb.

Səsvermə hüququ olan vətəndaşların yarıdan çoxu prosesdə iştirak etdiyi üçün referendum baş tutmuş hesab olunur.