06 oktyabr 2024 22:52
87

Hollandiya Kiyevə F-16 qırıcılarının ilk partiyasını təhvil verib

Hollandiya Kiyevə tədarük edəcəyinə söz verdiyi 24 ədəd F-16 qırıcısının ilk partiyasını təhvil verib.

“İki sahil” xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatda qalan təyyarələrin də yaxın aylarda təhvil veriləcəyi bildirilib. Ukrayna Silahlı Qüvvələri ABŞ-dan 900 kilometrə qədər məsafədə hədəfləri vura bilən "JASSM" raketlərini tədarük etməyi xahiş edib. Buna cavab olaraq, ABŞ rəsmiləri Ukraynaya mühərriki olmayan “JSOW” raket sistemlərini, yəni “AGM-154 Joint Standoff Weapon” raketlərini təklif edib.