07 oktyabr 2024 01:12
88

İranda hava nəqliyyatına qoyulan məhdudiyyətlər aradan qaldırılıb

İranda oktyabrın 7-si səhərə qədər hava nəqliyyatına qoyulan məhdudiyyətlər aradan qaldırılıb

“İki sahil” xəbər verir ki,  bu barədə İslam Respublikası Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazırlu məlumat verib. “Əməliyyat maneələrinin aradan qaldırılması ilə əlaqədar olaraq, bu gün saat 23:00-dan uçuşlar üzrə əvvəlcədən elan edilmiş məhdudiyyətlər ləğv edilib”, - deyə o bildirib.

Qeyd edək ki, Mülki Aviasiya Təşkilatı İranın bazar günü saat 20:30-dan bazar ertəsi səhər saat 5:30-a qədər bütün uçuşları ləğv etdiyi ilə bağlı məlumat yaymışdı.