06 oktyabr 2024 23:29
92

İlon Mask: Harris prezident seçkilərində qalib gəlsə...

İlon Mask hesab edir ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, ABŞ-ın sonu gələcək.

“İki sahil” xəbər verir ki,  İlon Mask bu haqda “X” hesabında danışıb. Belə ki, milyarder demokratların qalib gələcəyi təqdirdə ABŞ-ın birpartiyalı sosialist dövlətinə çevriləcəyini bildirən nəşri şərh edib. Qeyd edək ki, Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı iyul ayında baş vermiş sui-qəsd cəhdindən sonra seçki mübarizəsində açıq şəkildə dəstəkləməyə başlayıb. Daha sonra Tramp Maska 1 milyarddan çox baxış toplayan müsahibə verib.