06 oktyabr 2024 23:16
86

Şalva Papuaşvili: Ölkəmiz ingiliscə “Georgia” adlansa da, biz ABŞ-nin ştatı deyilik

Ölkəmiz ingiliscə “Georgia” adlansa da, biz ABŞ-nin ştatı deyilik.

“İki sahil” xəbər verir ki,  bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. O, ABŞ-nin Gürcüstan vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalar haqqında danışıb.“Kənardan heç kim Gürcüstanın daxili işlərinə ədalət nöqteyi-nəzərindən müdaxilə edə bilməz. Əgər onların hansısa Gürcüstan vətəndaşı ilə bağlı iddiaları, sübutları varsa, onları təqdim etməlidirlər. Lakin bunu edə bilmirlər. Buna görə də bu qərar tamamilə özbaşına və əsassızdır,” - Şalva Papuaşvili deyib.