07 oktyabr 2024 20:51
101

İsrail təhlükəsizlik qüvvələri 45 nəfəri saxlayıb

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı terrorçuluqda şübhəli bilinərək axtarışda olan 45 nəfəri saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həbslər iki gün ərzində İordan çayının qərb sahilində, o cümlədən Cenin, Qələndiyyə, Tulkərm şəhərlərində və Nur əş-Şəms qaçqın düşərgəsində aparılıb.

Qeyd olunur ki, saxlanılma zamanı axtarışda olan şəxslərdən xeyli sayda silah-sursat aşkar edilərək götürülüb, sonrakı araşdırmaların aparılması üçün təhlükəsizlik orqanlarına təhvil verilib.