Yunanıstanın "Asteras" klubunun baş məşqçisi Klod Makelele istefa verib.
“İki sahil” xəbər verir ki, Fransa millisinin, “Real”" və "Çelsi"nin sabiq yarımmüdafiəçisi cəmi 3 oyundan sonra komandadan getmək qərarına gəlib.
Buna səbəb klub rəhbərliyi ilə fikir ayrılığı olub. Makeleli "London World"ə verdiyi açıqlamada rəhbərliyin meydana çıxacaq oyunçu seçiminə də qarışdığını bildirib: "Kimin oynayıb, kimin oynamaması mənim qərarım olmalıdır. Nəticələrin pis olduğuna görə məni işdən çıxarmaq istəyirsənsə, bu yaxşıdır. Bu futboldur. Amma istəmirəm ki, qıraqdan mənə kim oynamalı, kim oynamamalı olduğunu desinlər".
"Asteras" Makelelinin rəhbərliyi altında 1 oyunda qalib gəlib, 2 görüşdə isə heç-heçə edib.
"Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib VİDEO
"Neftçi" bəyanat yayıb: "Bir çox hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib"
Ülvi Məmmədov karate üzrə keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək