08 oktyabr 2024 15:54
89

Beynəlxalq sərgidə UNEC dosentinin kitabı təqdim edilib

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və logistika kafedrasının professoru Şəfa Quliyevanın “Liderlik” kitabının təqdimatı keçirilib.

UNEC-dən "İki sahil"ə bildirilib ki, təqdimatda UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva, İqtisadi və texnoloji elmlər kafedrasının professorları Məhiş Əhmədov, Ümidvar Əliyev, Biznes və logistika kafedrasının müdiri dosent Məhəmməd Əliyev kitabın məzmunu və əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, bu kontekstdə çap olunan kitabların, elmi-tədqiqat işlərinin genişləndirilməsi liderlik xüsusiyyətinə malik kadrların hazırlanmasına böyük töhfə olacaq.